Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rəqibinə Dünya Kubokunun finişinə çıxmaqda kömək etdi

28.09.2019 [16:04]

Qvineya-Bisaudan olan yüngül atlet Braim Damo Dünya Atletika Çempionatı zamanı qeyri-adi hərəkəti ilə tamaşaçıların alqışlarını qazanıb. Dohada keçirilən yarışda idmançı rəqibi Conatan Basbinin finiş xəttinə çatmasına az məsafə qalarkən ayağını zədələdiyini görür və sonacan ona kömək edir.