Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmazda səmti müəyyən etmə idman növü üzrə növbəti açıq respublika çempionatı başlayır

29.09.2019 [12:45]

Oktyabrın 5-də Samur-Yalama Milli Parkının Xaçmaz rayonunda yerləşən meşə zolaqlarında səmti müəyyən etmə idman növü üzrə növbəti açıq respublika çempionatına start veriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edəcək yarışda nazirlik, idarə, təşkilat və güc strukturlarını, klub və federasiyaları, idman cəmiyyətlərini, ali təhsil müəssisələrini təmsil edən idmançılar mübarizə aparacaqlar.