CƏMİYYƏT


Oktyabrın ilk günü hava yağmurlu olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 22-25, Bakıda gecə 17-19, gündüz 22-24 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında oktybarın 1-də hava əsasən yağmursuz keçəcək, lakin bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır