Azərbaycan Dövlət İnformasiya Agentliyi

Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Yaponiyada ilk dəfə səhnələşdirildi

30.09.2019 [15:53]

Xəbərin mətni

Azərbaycanın Yaponiyadakı səfirliyinin dəstəyi ilə bu gündoğar ölkədə fəaliyyət göstərən Beynəlxalq Ərəb Rəqsləri Assosiasiyası tərəfindən səhnələşdirilmiş “Arşın mal alan” operettası yapon tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
AZƏRTAC xəbər verir ki, görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin son operettası olan “Arşın mal alan” əsəri sentyabrın 29-da Tokionun möhtəşəm “Nikkei Hall” mərkəzində ilk dəfə olaraq yapon tamaşaçılara təqdim edilib.