Şamaxıda Nəsimi poeziyası üzərində muğam konserti olub
30.09.2019 [18:12]
Xəbərin mətni
İkinci Nəsimi festivalı çərçivəsində sentyabrın 29-da Şamaxının Meysəri kəndində daha bir tədbir - Nəsimi poeziyası üzərində muğam konserti olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, muğam konserti festival iştirakçılarına unudulmaz anlar bəxş edib. İfaçıların bir-birindən gözəl və peşəkarlıqla səsləndirdikləri muğamlar mütəfəkkir şairin böyüklüyünün əsl təqdimatı olub.