Səməd Seyidov: Avropa Şurası Azərbaycanın atdığı konstruktiv addımları yüksək qiymətləndirir
01.10.2019 [10:52]
Xəbərin mətni
Bu gün burada iki erməni nümayəndəsi öz fikirlərini bildirdilər. Halbuki onların söylədiklərinin məruzə ilə bağlı heç bir əlaqəsi yoxdur. Digər tərəfdən Zöhrabyanın məruzəni bir kənara qoyub, bizə qarşı nifrət dolu çıxış etməsi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bugünkü standartlarına ziddir. O, bizə nifrət edir. Nifrət AŞPA dəyərlərinə ziddir.
Bu fikirləri AŞPA-nın payız sessiyasında Büro və Daimi Komitənin hesabatının müzakirələri zamanı qurumdakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov erməni deputatın çıxışından sonra söyləyib.