SİYASƏT


Avropa Şurası Nazirlər Komitəsinin sədri: Məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtmalıdırlar

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının ilk günündə 3 ay ərzində qurumun Nazirlər Komitəsinin gördüyü işlər barədə hesabat məruzəsi təqdim edilib.
AZƏRTAC xəbər verir ki, Avropa Şurası Nazirlər Komitəsinə hazırda Fransa başçılıq edir. Nazirlər Komitəsinin Fransa sədrliyi üzrə təmsilçisi - Fransanın Avropa və Xarici İşlər Nazirliyi nəzdində dövlət katibi Ameli dö Monşalən görülmüş işlər və perspektivlər haqda geniş məlumat verdikdən sonra parlamentarilərin suallarını cavablandırıb.