Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Alman İntibah dövrünün incisi - Hayligenberq qəsri

01.10.2019 [15:49]

Xəbərin mətni

Bu qəsr İntibah üslubunda tikilib və Hayligenberq ərazisində yerləşir. Memarlar özlərinin gələcək yaradıcılıq əsəri üçün dəniz səviyyəsindən 730 metr hündürlükdə yerləşən qayalıq yaylanı seçiblər. Buradan aşağıdakı Lintsqau bölgəsinə, Boden gölünün hamar, güzgülü səthinə və Alpın “ağarmış” zirvələrinə vəsfəgəlməz mənzərə açılır.