CƏMİYYƏT


Bakıda 26 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-20°, gündüz 23-26°, Bakıda gecə 18-20°, gündüz 24-26° isti olacaq.