Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Üzərində İmaddədin Nəsiminin şəkili olan Basqal kəlağayıları hazırlanır REPORTAJ

02.10.2019 [16:21]

Xəbərin mətni

Qədim Basqalın tarixi abidələri, maddi-mədəniyyət nümunələri və dünyada tanınan kəlağayıları hər zaman qəsəbədə olan yerli və xarici qonaqların diqqətini çəkib. Bütün bu işləri ərsəyə gətirənlər isə Basqalda yaşayan və hər zaman yeni axtarışlarda olan, eyni zamanda, qədim adət-ənənələri yaşadan yerli sənətkarlardır. Onlardan biri də 63 yaşlı Mürşüd Talıbovdır.