İDMAN


Bu gün “Qarabağ” UEFA Avropa Liqasında ikinci oyununu keçirəcək

Oktyabrın 3-də Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində ikinci oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, rəqib Lüksemburqun “Düdelanj” klubudur. “Jozi Bartel” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qarşılaşmanın idarə olunması şotlandiyalı hakimlər briqadasına tapşırılıb. Görüşün əsas referisi Con Biton olacaq. Ona həmyerliləri Daniel Makfarlan və Duqlas Potter kömək edəcəklər. Donald Robertson isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır