SİYASƏT


Bakıda "Türk Şurası: Naxçıvan Sazişinin 10 illik yubileyi" mövzusunda konfransı

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən konfransda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv və müşahidəçi ölkələrdən nümayəndələr, rəsmi şəxslər, deputatlar, “beyin mərkəzləri”nin rəhbərləri iştirak ediblər.
Tədbirdə çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, türkdilli dövlətlərin vahid təşkilatda birləşməsi ideyası hələ XIX əsrin sonlarında yaranmışdı. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra bu ideya reallığa çevrilməyə başladı. Hazırda ortaq tarix və ədəbiyyat kitablarının yaradılması barədə qərar qəbul edilib. 

Konfransda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Türkiyə Xarici İşlər Nazirliyi, Macarıstan Xarici Əlaqələr və Ticarət İnstitutu və Özbəkistan Prezidenti yanında Strateji və Regional Araşdırmalar İnstitutu arasında anlaşma memorandumları imzalanıb.