Azərbaycan Dövlət İnformasiya Agentliyi

Soçidə Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub

03.10.2019 [20:28]

Xəbərin mətni

Oktyabrın 3-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Prezident Vladimir Putin Prezident İlham Əliyevi qarşıladı.
Dövlət başçıları birgə foto çəkdirdilər.
Sonra Prezident İlham Əliyev ilə Prezident Vladimir Putin arasında görüş oldu.