Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağ atları və Azərbaycan kəlağayısı - İstanbulda

04.10.2019 [15:49]

Oktyabrın 3-də İstanbulda dördüncü Etnospor Mədəniyyət Festivalının açılışı olub. Dünya Etnospor Konfederasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmiz Qarabağ atlarından ibarət suvari dəstə və Dövlət Sərhəd Xidmətinin rəqs ansamblının “Qarabağ atları və Azərbaycan kəlağayısı” kompozisiyası ilə təmsil olunub.