İDMAN


“Qarabağ” klubunun futbolçuları Lüksemburq zəfərindən sonra Vətənə qayıdıblar

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Lüksemburqun “Düdelanj” komandasının səfərdə 4:1 hesabı ilə məğlub edən “Qarabağ” klubunun futbolçuları oktyabrın 4-də Vətənə qayıdıblar.
AZƏRTAC xəbər verir ki, Azərbaycan futbolunun tarixinə daha bir şərəfli səhifə yazan Ağdam təmsilçilərini Heydər Əliyev Beynəlxalq Aeroportunda futbolçuların ailə üzvləri, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri, klubun azarkeşləri böyük coşqu ilə qarşılayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır