İDMAN


Səmti müəyyən etmə idmanı üzrə açıq respublika çempionatında 250 idmançı mübarizə aparır

Oktyabrın 5-də Samur-Yalama Milli Parkının Xaçmaz rayonunda yerləşən meşə zolaqlarında səmti müəyyən etmə idman növü üzrə növbəti açıq respublika çempionatına start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edəcək yarışda nazirlik, idarə, təşkilat və güc strukturlarını, klub və federasiyaları, idman cəmiyyətlərini, ali təhsil müəssisələrini təmsil edən 250 idmançı mübarizə aparır. Bununla yanaşı, yarışa Finlandiyadan da 60 idmançı qoşulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır