MƏDƏNİYYƏT


İstanbulda təşkil olunan Etnospor Mədəniyyət Festivalına yekun vurulub

Festivalda ölkəmizi Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsindən və rəqs ansamblından ibarət 50 nəfərlik heyət təmsil edib.
Oktyabrın 3-dən 6-dək davam edən festival çərçivəsində keçirilən müxtəlif tədbirləri Türkiyənin müxtəlif bölgələri ilə yanaşı, dünyanın bir sıra ölkələrindən gəlmiş ümumilikdə bir milyondan artıq insan izləyib.