CƏMİYYƏT


Qafqaz zubrları 92 ildən sonra yenidən Azərbaycan təbiətində REPORTAJ

Təsvirlərini Qobustan qayaları üzərində gördüyümüz, bir vaxtlar ölkəmizdə nəsli kəsilən Qafqaz zubrları yenidən Azərbaycan təbiətinə qaytarılıb.
Qafqaz zubrları IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə Almaniya, Fransa və Belçika zooparklarından ölkəmizə, Şahdağ Milli Parkının İsmayıllı bölməsinə gətirilib. İlkin mərhələdə zubrlar burada volyerlərə (heyvanların saxlanması üçün meydança) yerləşdirilib. Bir müddət adaptasiya dövrünü keçdikdən sonra Şahdağ Milli Parkına buraxılıb.