Bakıda 23 dərəcə isti olacaq
07.10.2019 [14:49]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-18°, gündüz 20-23° isti, Bakıda gecə 15-17°, gündüz 21-23° isti olacağı gözlənilir.