İDMAN


Macarıstan-Azərbaycan: UEFA azarkeşlərin irqçi davranışları səbəbindən ev sahiblərini boş tribunalarla cəzalandırıb

Futbol üzrə Avropa çempionatının seçmə oyunları çərçivəsində oktyabrın 13-də keçiriləcək Macarıstan və Azərbaycan yığma komandaları arasından matç zamanı Budapeştin “Groupama Arena” stadionunda tribunalar boş olacaq.
AZƏRTAC Macarıstan Milli Futbol Federasiyasının təşkil etdiyi mətbuat konfransından xəbər verir ki, bu barədə UEFA-nın intizam komissiyasında müvafiq qərar qəbul edilib. Qərara görə, macar azarkeşlərin Slovakiya yığması ilə bu yaxınlarda keçirilmiş matçda irqçi davranışları səbəbindən Macarıstan yığması cəzalandırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır