SİYASƏT


Belqradda Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə həsr olunan konfrans keçirilib

Serbiyanın aparıcı elm-təhsil ocaqlarından biri olan Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində 2019-2022-ci illərdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə həsr olunan “Qoşulmama Hərəkatı - 1989-2019-cu illər Belqraddan Bakıya qədər: qeyri-müəyyən dövrlərdə 30 illik transformasiya” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.