Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ukrayna telekanalında Ermənistanın təcavüzkar siyasəti pislənilib

10.10.2019 [11:58]

Xəbərin mətni

Ukrayna və Azərbaycan bir-birinin ərazi bütövlüyünü və suverenliyini birmənalı olaraq dəstəkləyir. İstər beynəlxalq, istərsə də regional təşkilatlarda ərazi bütövlüyü və suverenlik məsələsində hər iki ölkə vahid mövqedən çıxış edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu ölkənin tanınmış UATV kanalında yayımlanan “Üz-üzə” verilişinə müsahibəsində söyləyib.