TÜRKSOY ilə Macarıstan arasında qarşılıqlı anlaşma haqqında Memorandum imzalanıb
10.10.2019 [14:28]
Xəbərin mətni
TÜRKSOY-un Baş katibi Düsen Kaseinov və Macarıstan İnsan Resursları Nazirliyinin dövlət katibi Zoltan Lyorintsi oktyabrın 9-da mədəniyyət sahəsində əməkdaşlığa dair qarşılıqlı anlaşma haqqında Memorandum imzalayıblar. Bu sənəd Macarıstan ilə TÜRKSOY arasında əsası Budapeştin qurumda müşahidəçi statusu aldığı gündən qoyulmuş münasibətlərin institusionallaşdırılmasına təkan verib.