İDMAN


Yunan-Roma güləşi üzrə yığmamızın yeni baş məşqçisi millidə ilk məşqini keçib

Yunan-Roma güləşi üzrə yığmamızın yeni baş məşqçisi Aleksandr Tarakanov oktyabrın 11-dən işinə start verib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov rusiyalı mütəxəssisi komandaya təqdim edib. O, güləşçilərə tövsiyələrini verməklə yanaşı, yeni çalışdırıcının diqqətinə ilk növbədə millidə nizam-intizamı gücləndirməyin vacibliyini çatdırıb və heç kimə güzəşt edilməməsini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır