Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda 22° isti olacaq

12.10.2019 [13:08]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18°, gündüz 20-24° isti, Bakıda gecə 15-17°, gündüz 20-22° isti olacaq. 

BÖLMƏNİN DİGƏR VİDEOLARI