Azərbaycan Dövlət İnformasiya Agentliyi

Edin Ceko zədələndiyindən Bosniya və Herseqovina millisinə kömək edə bilməyəcək

12.10.2019 [12:06]

Futbol üzrə Bosniya və Herseqovina yığması Finlandiya və Yunanıstan yığmaları ilə keçirəcəyi “Avro-2020”nin seçmə mərhələsinin növbəti görüşlərindən əvvəl üçüncü məşqinə çıxıb.
Bosniya və Herseqovina millisinin kapitanı Edin Ceko sağ almacıq sümüyünün sınması ilə əlaqədar əməliyyat olunduğundan komandanın sıralarına əlavə oyunçular dəvət edilib.