MƏDƏNİYYƏT


B.Şyukin adına Moskva Teatr İnstitutunda təhsil alan azərbaycanlı tələbələrin konserti olub

Moskvanın ən məşhur teatr ocaqlarından birində - Boris Şyukin adına Teatr İnstitutunda təhsil alan azərbaycanlı tələbələrin konsertinə gələnlər unudulmaz anlar yaşayıblar. Gənclərin maraqlı, parlaq, gülməli və düşündürən çıxışları Moskvanın çiskinli payız havasına isti ovqat qatıb. Kursun rəhbəri, Rusiyanın Əməkdar incəsənət xadimi, institutun rejissorluq fakültəsinin müdiri Mixail Borisov tələbələrinin çıxışlarından razı qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır