MƏDƏNİYYƏT


Qubada ənənəvi “Alma bayramı”

Qubada keçirilən “Alma bayramı”nda 20 minə yaxın insan iştirak edib. Bayram mərasimində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdirilib. Tədbir çərçivəsində qonaqlara rayonda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzini əks etdirən stendlər təqdim olunub.