MƏDƏNİYYƏT


Ankarada azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

Türkiyədə yaşayıb-yaradan azərbaycanlı rəssam Həmid Əlioğlunun Ankara şəhərində fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, H.Əlioğlunun əsərləri ilk növbədə plastik təsiri və rəng fəlsəfəsi ilə diqqəti cəlb edir. Rəssam deyir ki, yaradıcılığının əsl məqsədi əsərlərində estetik hiss və həyəcanı ortaya çıxarmaqdır. Ankarada açılan fərdi sərgisində də rəssamın bu mövzuları əhatə edən tabloları nümayiş olunur.