RƏSMİ


Prezident İlham Əliyev Qazaxıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimovun etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Serjan Abdıkarimov fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Serjan Abdıkarimov etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır