MƏDƏNİYYƏT


Sofiyada Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilib

Sofiyada Azərbaycanın Bolqarıstandakı səfirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Bolqarıstan Elmlər Akademiyası (BEA), Bolqarıstan Yazıçılar İttifaqı və Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi və filosofu Nəsiminin 650 illik yubileyi çərçivəsində şairin bolqar dilinə tərcümə edilmiş “Seçilmiş şeirlər” kitabının təqdimatı keçirilib.