MƏDƏNİYYƏT


Qarabağ uğrunda döyüşlərin iştirakçısı olan salyanlı rəssam REPORTAJ

Haqqında söhbət açacağımız salyanlı rəssam Qarabağ uğrunda döyüşlərin iştirakçısı olub. İndi də əsərlərinin çoxunu müharibə mövzuları və qəhrəmanlar təşkil edir. Yaşadığı həyətdə yerə düzülən büstləri görəndə bu istedadlı insanı ölkədə yəqin ki, çoxlarının tanıdığını düşündük. Rəssamla söhbət zamanı isə aydın oldu ki, o, nəinki ölkədə, hətta yaşadığı rayonda belə çox az tanınır.
AZƏRTAC xəbər verir ki, söhbət Salyanın İkinci Varlı kəndində yaşayan Qarabağ müharibəsi qazisi Əliyusif Pənahovdan gedir.