MƏDƏNİYYƏT


Ölkəmiz 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Almaniyanın Frankfurt-Mayn şəhərində 71-ci Beynəlxalq Kitab Sərgisi işə başlayıb.Hər il təşkil olunan Frankfurt sərgisinə dünyanın əksər ölkələrindən müxtəlif nəşriyyat və poliqrafiya müəssisələri öz məhsullarını təqdim edirlər. Sərginin builki fəxri qonaq ölkəsi Norveç Krallığıdır.
Ölkəmizin ənənəvi olaraq təmsil olunduğu dünyanın ən böyük kitab sərgisində Azərbaycan Respublikasının Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nazirliyin və bir sıra yerli nəşriyyatların əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır