Özünüməşğulluq proqramı iştirakçılarının əl işlərindən ibarət sərgi-satış yarmarkası keçirilir
18.10.2019 [13:56]
Xəbərin mətni
Nizami Kino Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramı vasitəsilə öz təsərrüfatını quran şəxslərin əl işlərindən ibarət “Bazarını yarat” adlı sərgi-satış yarmarkası keçirilir.
Sərgi-satış yarmarkasının məqsədi aztəminatlı ailələrə hazırladıqları məhsulların satışında və qazanc əldə etmələrində kömək göstərməsidir.