MƏDƏNİYYƏT


Sosialist Əməyi Qəhrəmanı, pambıqçı Şamama Əliyevaya həsr olunan sənədli film çəkilib

ARB “Aranfilm" Yaradıcılıq Mərkəzi “Ömrün ağ səhifələri” adlı sənədli filmin çəkilişlərini yekunlaşdırıb.
AZƏRTAC xəbər verir ki, Sosialist Əməyi Qəhrəmanı, pambıqçı Şamama Əliyevaya həsr olunan filmdə qəhrəmanın həyat və əmək fəaliyyəti işıqlandırılıb. Yaxın vaxtlarda təqdim olunacaq ekran əsərinin ssenari müəllifi və rejissoru Yasəmən Quliyeva, operatoru Əminə Həsənli, inzibatçısı Yağmur Firuz, filmin direktoru Nicat Məmmədov, bədii rəhbəri Tahir Tahiroviç və prodüseri İqbal Məmmədəliyevdir.