SİYASƏT


Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Londonda tədbir keçirilib

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və Azərbaycan Evinin təşkilatçılığı ilə Londonda Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Evində keçirilən tədbirdə əvvəlcə ölkəmizin dövlət himni səsləndirilib. Sonra Dövlət Müstəqilliyi Günü ilə bağlı videoçarx nümayiş etdirilib.