Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah duman, çiskin olacaq

22.10.2019 [12:58]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17°, gündüz 20-22° isti, Bakıda gecə 14-16°, gündüz 20-22° isti olacaq.

BÖLMƏNİN DİGƏR VİDEOLARI