İstanbulda Hüseyn Cavidin büstü qoyulub
24.10.2019 [14:45]
Xəbərin mətni
Oktyabrın 24-də İstanbulun Böyükşəhər Bələdiyyəsinin nəzdində yerləşən Nilüfər Parkında böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin büstünün açılışı olub.
AZƏRTAC xəbər verir ki, büstün yerləşdirilməsi Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü, SOCAR-ın və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə baş tutub.
Abidə azərbaycanlı rəssam-heykəltəraş Sənan Eynullayev tərəfindən hazırlanıb.