MƏDƏNİYYƏT


Belqradda “Dostluq konserti” təqdim edilib

Serbiya Milli Muzeyində Azərbaycan və Serbiyanın tanınmış bəstəkarlarının sənət əsərlərindən ibarət “Dostluq konserti” keçirilib.
AZƏRTAC xəbər verir ki, Serbiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və ölkəmizin Serbiyadakı səfirliyinin dəstəyi ilə təşkil edilən konsert gecəsində Serbiya Opera və Balet Teatrının aparıcı solistləri, soprano Yasmina Trumbetaş, soprano Mariya Yeliç, tenor Yanko Sinadinoviç, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, pianoçu, professor Zərifə Əli-Zadə, Belqrad Musiqi Akademiyasının doktorantı, beynəlxalq musiqi festivallarının laureatı, pianoçu Mina Ristiç və səfirliyin əməkdaşı Elvin Əlizadənin (tar) ifaları yer alıb.