Azərbaycan Dövlət İnformasiya Agentliyi

APOEL-lə oyunda hesabı "Qarabağ" açdı YENİLƏNİB

24.10.2019 [21:15]

UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin üçüncü turu çərçivəsində oktyabrın 24-də Ağdamın “Qarabağ” komandası Tofiq Bəhramov adına Respublika Stadionunda Kiprin APOEL klubunu qəbul edib.
AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən görüş heç-heçə başa çatıb - 2:2.