RƏSMİ


Azərbaycan Prezidenti İlham Əliyev Venesuela Prezidenti Nikolas Maduro ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Prezident Nikolas Maduro Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkil oldunduğunu qeyd etdi və Prezident İlham Əliyevə bu Zirvə Görüşünə sədrliyinə görə minnətdarlığını ifadə etdi.