Azərbaycan Dövlət İnformasiya Agentliyi

Balakəndə III Xurma festivalı keçirilib

26.10.2019 [17:11]

Xəbərin mətni

Tərəvəzi, xurması, alma-armudu, qoz-fındığı ilə məşhur olan, zəhmətsevər insanların əməyi ilə gündən-günə gözəlləşən, inkişaf edən Azərbaycanın şimal-qərb qapısı Balakən rayonu növbəti festivala uğurla ev sahibliyi edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Balakən rayonunun kənd təsərrüfatı üçün ənənəvi sahələrdən olan xurmaçılığın daha geniş təbliğ edilməsi məqsədilə oktyabrın 26-da rayonda III Xurma festivalı keçirilib.