Azərbaycan Dövlət İnformasiya Agentliyi

EMİN Gəncədə konsert proqramı ilə çıxış edib

28.10.2019 [11:05]

Xəbərin mətni

Oktyabrın 27-də Azərbaycanın Xalq artisti, tanınmış müğənni-bəstəkar EMİN Gəncədəki Heydər Əliyev Park Kompleksində konsert proqramı ilə çıxış edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertdə EMİN tamaşaçılar qarşısında məşhur hitlərini səsləndirib. Bunların sırasında, AMOR, “Nejnaya”, “Sinaya vecnost”, “Azərbaycanım” və digər sevilən mahnıları olub.