MƏDƏNİYYƏT


Azərbaycanlı gənc müğənni “Voice of Nur-Sultan” beynəlxalq estrada festivalında iştirak edib

Qazaxıstanın paytaxtında oktyabrın 25-26-da “Voice of Nur-Sultan” beynəlxalq estrada festivalı keçirilib. Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin təşkil etdiyi festivalda Azərbaycan, Rusiya, Bolqarıstan, Ukrayna, Gürcüstan, Portuqaliya, Çin və Qazaxıstandan ifaçılar iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, “Voice of Nur-Sultan” beynəlxalq estrada festivalı ölkənin birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin təşəbbüsü ilə “2019-cu il gənclər ili” layihəsi çərçivəsində keçirilir.