CƏMİYYƏT


Qazaxıstandan ölkəmizə köç edən dovdaq quşu xilas olunub

Qazaxıstandan ölkəmizə köç edən və Lənkəranda qarğaların yaraladığı dovdaq quşu xilas olunub. Dünyada nadir quşlardan hesab olunan və adı “Qırmızı kitab”a düşən dovdaq quşunun ayaqlarında qeydiyyat nişanı da var. Xilas olunan quş Qızılağac Dövlət Qoruğunun əməkdaşlarına təhvil verilib.