MƏDƏNİYYƏT


Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin bir yaşı tamam olub

Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin fəaliyyətə başlamasının bir illiyinə həsr olunan mərasim keçirilib.
Sənətkarların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın ötən il oktyabrın 29-da Şəkiyə səfərləri çərçivəsində açılışı olan “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin ötən bir il ərzində keramika sənətinin inkişaf etdirilməsi sahəsində çox səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb.