CƏMİYYƏT


Temperatur aşağı düşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir, gecə və səhər yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Gün ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 15-18, Bakıda gecə 12-14, gündüz 16-18 dərəcə isti təşkil edəcək.