Azərbaycan Dövlət İnformasiya Agentliyi

İranlı səyyah velosipedlə dünya səyahətinə çıxıb

31.10.2019 [18:40]

Xəbərin mətni

İrandan olan soydaşımız Behzad Fəyyazi Savalan dağının ətəklərindən başladığı yolla bütün dünyanı velosipedlə qət etmək niyyətindədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Behzad Fəyyazi velosipedlə dünya turuna çıxmağı çoxdan arzulasa da, işi bunu reallaşdırmağa imkan verməyib. Səfər çətinliklərini bildiyi üçün uzun müddət bu sahədə məşqlərindən də qalmayıb. O, əvvəlcə İranın daxilində 8 min kilometr ərazini qət etdikdən sonra dünya səyahətinə çıxmağa qərar verib.