MƏDƏNİYYƏT


"Nəsimi ili" çərçivəsində Çində Azərbaycan dili və ədəbiyyatı sərgisi açılıb

Çinin nüfuzlu ali təhsil ocaqlarından olan Pekin Xarici Dillər Universitetində (PXDU) Azərbaycan dili və ədəbiyyatı sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin Çindəki səfirliyi və Pekin Xarici Dillər Universiteti tərəfindən keçirilən sərgi Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə elan olunmuş "Nəsimi ili"ndə dahi şairin 650 illik yubiley tədbirləri çərçivəsində təşkil edilib.