Azərbaycan Dövlət İnformasiya Agentliyi

İstanbulda Beynəlxalq Kitab Sərgisi açılıb

02.11.2019 [19:04]

Xəbərin mətni

Noyabrın 2-də 38-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, “50-ci illərin ədəbi nəsli” mövzusuna həsr olunan builki sərgiyə xarici və yerli iştirakçılardan ibarət 800-dən çox təşkilat qatılıb. Sərgi çərçivəsində 300 ədəbi-bədii tədbirin, 3 minə yaxın imza günün keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və İstanbuldakı Baş Konsulluğumuzun dəstəyi ilə ölkəmiz sərgidə iki xüsusi stendle təmsil olunur.